M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın 45 illik yubileyi ilə əlaqədar informasiya lövhəsi hazırlanıb
CƏMİYYƏT

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın 45 illik yubileyi ilə əlaqədar informasiya lövhəsi hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının 45 illik yubileyi ilə əlaqədar kitabxananın fəaliyyətini əks etdirən informasiya lövhəsi hazırlanıb.

İnformasiya lövhəsində kitabxananın təşkil olunması, kitab fondu, oxucuları haqqında məlumat verilir. Mərkəzi Kitabxananın sosial şəbəkələrdə 2 “Facebook” (Yasamal MKS və “Sərhədsiz informasiya tribunası”), “Instagram” (yasamalmks) sosial şəbəkələrində və “YouTube” kanalında səhifələrinin olduğu qeyd olunur. Azərbaycanın tarixi, mədəniyyəti, ictimai-siyasi həyatı, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şücaət göstərmiş qəhrəman oğulları haqqında tədbirlər, ədəbi axşamlar, vətəndaşlıq və vətənpərvərlik saatları, poeziya günləri, yaradıcılıq gecələri, söhbətlər, icmallar haqqında qısa məlumat verilir. Kitab sərgilərinin, videoçarxların hazırlanması, şair və yazıçıların kitablarının müzakirəsi, yazıçı və şairlərlə görüşlərin təşkil olunduğu vurğulanır.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Beynəlxalq əməkdaşlığı, davamlı layihələri haqqında məlumat, kitabxananın KİV-lərlə əlaqəsi, tərəfdaşları, hazırladığı nəşrlər də  stenddə əks olunub.

M.MUSTAFAYEV,

“Respublika”.