Ötən gün 23,3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Digər xəbərlər

Ötən gün 23,3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

İyunun 27-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

"Respublika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) məlumat verilib. Qeyd edilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,3 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqrama yaxın heroin, 19,3 kiloqrama yaxın marixuana, 635 qrama yaxın tiryək, 105 qram metamfetamin, 100 metadon həbi, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 38 çətənə kolu olub.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, deyə DİN-in məlumatında bildirilib.