Nəsimi rayonunda yararsız hala düşən işıqfor yenisi ilə əvəzlənəcək
CƏMİYYƏT

Nəsimi rayonunda yararsız hala düşən işıqfor yenisi ilə əvəzlənəcək

İdarəetməni itirən minik avtomobilinin sürücüsü piyada işıqforunu yararsız hala salıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Respublika”ya verilən məlumata görə, həmin yol-nəqliyyat hadisəsi iyunun 5-də günorta saatlarında Nəsimi rayonunun 3-cü mikrorayon dairəsində baş verib.

Qısa müddətdə piyada işıqforunun bərpası təmin ediləcək.