Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq
Siyasət

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təsdiqləyib.

"Respublika" xəbər verir ki, sənəd layihəsi parlamentin iyunun 28-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Sənəd 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb.