Ötən ay sosial müavinət və təqaüd alanlar 850 minə yaxın olub
Sosial həyat

Ötən ay sosial müavinət və təqaüd alanlar 850 minə yaxın olub

Bu ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 848 mindən çox olub.

Bu barədə "Respublika"ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Onların 451 mindən çoxunu aylıq sosial müavinət, 396 mindən çoxunu isə təqaüd alanlar təşkil edib.