Həftəsonu yol qəzalarında ölənlərin sayı açıqlanıb
CƏMİYYƏT

Həftəsonu yol qəzalarında ölənlərin sayı açıqlanıb

Həftəsonu Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb. 

Respublika xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, iyulun 8-9-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.