Avro-2024 Xəbərlər
İdman

Avro-2024 Xəbərlər

Türkiyə və Gürcüstan 1/8 finalda!

Almaniyada təşkil olunan Avropa çempionatında sonuncu qrup oyunları başa çatıb.

E qrupu

20:00. Slovakiya - Rumıniya - 1:1

Qollar: Duda, 24 (1:0), Marin, 37-pen. (1:1)

Baş hakim: Daniel Siebert (Almaniya)

"Deutşe Bank Park"

20:00. Ukrayna - Belçika - 0:0

Baş hakim: Entoni Teylor (İngiltərə)

"MHP Arena"

№        Komandalar   O         Q         H         M         T-F      X

1          Rumıniya        3          1          1          1          4-3      4

2          Belçika                       3          1          1          1          2-1      4

3          Slovakiya       3          1          1          1          3-3      4

4          Ukrayna          3          1          1          1          2-4      4

F qrupu

23:00. Çexiya - Türkiyə - 1:2

Qollar: Hakan Çalhanoğlu, 52 (1:0), Tomaş Souçek, 66 (1:1), Cenk Tosun, 90+4

Qırmızı vərəqə: Antonin Barak, 20 (Çexiya)

Baş hakim: İstvan Kovaçs (Rumıniya)

"Volksparkstadion"

23:00. Gürcüstan - Portuqaliya - 2:0

Qollar: Xviça Kvaratsxeliya, 2, Georges Mikautadze, 57-pen

Baş hakim: Sandro Şerer (İsveçrə)

"Veltins Arena"      

№        Komandalar   O         Q         H         M         T-F      X

1          Portuqaliya     3          2          0          1          5-3      6

2          Türkiyə                        3          2          0          1          5-5      6

3          Gürcüstan       3          1          1          1          4-4      4

4          Çexiya                        3          0          1          2          3-5      1

1/8 finalın cütləri müəyyənləşdi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 finalın cütləri müəyyənləşib.

1/8 final

Almaniya - Danimarka

Fransa - Belçika

İsveçrə - İtaliya

İspaniya - Gürcüstan

Portuqaliya - Sloveniya

Rumıniya - Niderland

Avstriya - Türkiyə

İngiltərə - Slovakiya

Qeyd edək ki qarşılaşmalar 29 iyun - 2 iyul aralığında keçiriləcək. Çempionata isə iyulun 14-də yekun vurulacaq.

Vinçentso Montella xoşbəxt olduğunu bildirdi

Türkiyə millisi 1/8 finala vəsiqə qazanıb

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella qrup mərhələsinin III turu çərçivəsində Çexiyaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib ki, bu uğura görə çox şadam. Hamımız çox xoşbəxtik. 1/8 finaldakı rəqib Avstriyanı tanıyırıq. Hər kəsin belə revanş ruhuna sahib olması məni sevindirir. Mən də buna inanıram. Çünki sona qədər döyüşən komandamız var. Yaxşı hazırlaşacağıq.

Qrupdan çıxacağımızı gözləmirdik

Sloveniya millisinin baş məşqçisi Matyaj Kek İngiltərə ilə oyundan sonra mətbuat konfransında deyib ki, açığı qrupdan çıxacağımızı gözləmirdik. Ancaq biz öz oyunumuzla göstərdik ki, buna layiqik.

Qeyd edək ki, qrup mərhələsinin son turunda İngiltərə ilə oyununda sloveniyalılar qolsuz heç-heçə edərək 1/8 finala yüksəlib.

Bacardığımızı ortaya qoyduq

Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç qrup mərhələsinin 3-cü turunda Danimarkaya qarşı keçirdikləri oyundan (0:0) sonra bildirib ki, qələbə qazanmaq üçün əlimizdən gələni etdik və qol üçün fürsət axtarırdıq. Oyun çox gərgin keçdiyindən bizim üçün asan olmadı. Qeyd edək ki, Serbiya qrupda sonuncu olub.

Qrup lideri olmaqdan məmnunuq

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt qrup mərhələsinin 3-cü turunda Sloveniyaya qarşı keçirdikləri qarşılaşma ilə bağlı mətbuat konfransında deyib ki, azarkeşlərimizi sevindirmək üçün çox çalışdıq və bir neçə qol vəziyyəti yaratdıq. Ancaq təəssüf ki, epizodlardan faydalana bilməsək də, qrup lideri olmaqdan məmnunuq.

Azarkeşlərimizə təşəkkür edirəm

Polşa millisinin baş məşqçisi Mixal Probej qrup mərhələsinin III turundakı Fransa ilə oyundan (0:0) sonra deyib ki, Avropa çempionatında mübarizəni dayandırsaq da, azarkeşlərimizə dəstəkləri üçün təşəkkür edirəm. Sonadək çalışdıq. Mən yenə də futbola davam etmək istəyirəm. Futbolçularıma minnətdaram.

Qol epizodları yaratsaq da, bizi cəzalandırdılar

Niderland millisinin baş məşqçisi Ronald Kuman qrup mərhələsinin III turunda Avstriya seçməsindən aldıqları məğlubiyyəti (2:3) şərh edərək deyib ki, oyuna yaxşı başlamadıq və rəqibi təzyiq altında saxlamağı bacarmırdıq. Bu səbəbdən də oyuna nəzarət edən tərəf biz deyildik. Sonradan bir qədər qol epizodları yaratsaq da, bizi cəzalandırdılar.

Qeyd edək ki, 4 xal toplayan Niderland ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala yüksəlib.

Biz qələbəyə layiq idik

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik qrup mərhələsinin III turu çərçivəsində Niderland seçməsinə qarşı keçirdikləri oyun (3:2) barədə danışaraq deyib ki, məncə, biz qələbəyə layiq idik. Bu səbəbdən də qələbə üçün daha böyük iradə nümayiş etdirdik və meydanda böyük enerji sərf etdik. Buraxdığımız qollara əyilmədiyimizə, oyun üslubumuza sadiq qaldığımıza görə futbolçularıma təşəkkür edirəm.

Avstriya yığması 1/8 finala qrup lideri kimi vəsiqə qazandı.

İsveçrə millisinin noutbukları oğurlanıb

İyunun 29-da pley-off mərhələsində qarşılaşacaq İsveçrə - İtaliya milliləri intensiv surətdə məşq edirlər. Bu məqsədlə Ştutqartdakı bazaya gedən İsveçrə komandasının videoanalitikləri qarət ediliblər və onlara məxsus üç noutbuk oteldən oğurlanıb.

Gürcü futbolçu tarixə düşdü

Gürcüstan millisinin əsas bombardiri olan George Mekautadze Avropa çempionatlarının tarixində qrup mərhələlərində komandasının hər oyununda ən azı bir qol vurmağı bacaran 9-cu futbolçudan biri olub.

Qeyd edək ki, ondan əvvəl belə uğura Mişel Platini (1984), Alan Şirer (1996), Xristo Stoiçkov (1996), Savo Miloşeviç (2000), Milan Baroş (2004), Ruud van Nistelroy (2004), Qaret Beyl (2016) və Kriştiano Ronaldo (2021) imza atmışdı.

Portuqaliya millisinin qapısına qol vurmaqla Georges Mikautadze qollarının sayını 3-ə çatdırmaqla bombardirlər yarışında liderliyi ələ keçirib. 23 yaşlı forvard həm də qrup mərhələsinin hər 3 görüşündə qol vurmağı bacaran yeganə futbolçudur.

Kriştiano Ronaldodan növbəti rekord

 

Gürcüstan yığması ilə oyunda start heyətində olan Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Avropa çempionatlarında 28-ci dəfə iştirak etməklə daha bir rekorda imza atıb. Belə ki, o, dünya və Avropa çempionatlarında 50 matçda meydana çıxan ilk futbolçu olub.

Barış Alpər Yılmaz görüşün ən yaxşısı seçildi

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində F qrupunda Çexiya - Türkiyə oyununun ən yaxşı futbolçusu müəyyənləşib. Türkiyə millisinin futbolçusu Barış Alpər Yılmaz görüşün ən yaxşısı adına layiq görülüb.

Türkiyə millisinin oyununda rekord göstərici

Çexiya və Türkiyə yığmaları arasında keçirilən oyunda rekord göstərici qeydə alınıb. Belə ki, qarşılaşma zamanı isveçrəli baş hakim Sandro Şörer futbolçulara 20 vərəqə (18 sarı, 2 qırmızı) göstərib.

M.NƏRİMANOĞLU,

"Respublika".