BMT-nin baş katibi COP29-da iştirak etmək üçün Bakıya gələcək
Digər xəbərlər

BMT-nin baş katibi COP29-da iştirak etmək üçün Bakıya gələcək

BMT-nin baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gəlməyi planlaşdırır.

"Respublika" xəbər verir ki, bu barədə Quterreş TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla eksklüziv müsahibəsində bildirib. O, konfransda iştirak etmək planları ilə bağlı suala cavab verərkən deyib ki, COP konfranslarında həmişə iştirak edir.

“Gözləyirəm ki, bu konfrans, uçuruma doğru getdiyimizi qlobal surətdə etiraf etmək baxımından dəyişiklik anı olacaq”, - deyə baş katib əlavə edib.

COP29 bu ilin noyabrında Bakıda keçiriləcək.