YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Gündəm

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabana gələrək Ulu Öndərin  xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

YAP Mərkəzi Aparatından verilən məlumatda bildirilir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Xaqani KOSAYEV,

“Respublika”.