Qastronomiya üzrə
Digər xəbərlər

Qastronomiya üzrə "Qızıl Şah" Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir

Mayın 15-də “InterFood 2024” Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində “Qızıl şah” Milli Kulinariya Çempionatına start verilib. Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, üç gün davam edəcək çempionat Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının tərəfdaşlığı (“Wordlchefs”) ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunur.

2019-cu ildən etibarən keçirilən çempionatda ümumilikdə 170-dən çox yerli, 25-dən çox əcnəbi aşpaz individual və komanda şəklində müxtəlif yarış kateqoriyalarında iştirak edir. İştirakçılar “Worldchefs”-ə üzv olan 22-dən çox ölkəni təmsil edən beynəlxalq sertifikatlı hakimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

"Respublika".