Cənubi Afrikanın Yohannesburq şəhərində dəhşətli yanğın:  ölənlər var
Gündəm

Cənubi Afrikanın Yohannesburq şəhərində dəhşətli yanğın: ölənlər var

Cənubi Afrikanın Yohannesburq şəhərində baş verən yanğında ölənlərin sayı 74-ə çatıb.

"Respublika" xəbər verir ki, bu barədə Yohannesburq şəhərinin meri Floyd Blink ötən gün media brifinqində deyib:

O bildirib ki, yanğın baş verən beşmərtəbəli binanın sakinləri su və elektrik enerjisini qanunsuz yolla istifadə ediblər.

Qeyd edək ki, cümə axşamı axşam verdiyi açıqlamada, Gauteng Səhiyyə Departamenti, 74 ölümün 40-ı kişi, 24-ü qadın və 10-unun cinsi müəyyən edilmədiyini bildirib.

Nurlan ABDALOV,

"Respublika".