“Gender bərabərliyinə baxış” mövzusunda tədbir keçirilib
Digər xəbərlər

“Gender bərabərliyinə baxış” mövzusunda tədbir keçirilib

Dövlət Su Ehtiyatları Agentliyində “Gender bərabərliyinə baxış” mövzusunda tədbir keçirilib.

Bu barədə “Respublika”ya Dövlət Su Ehtiyyatları Agentliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev və digər əməkdaşlar mövzu ilə bağlı çıxış ediblər. Çıxışlar zamanı Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımlar və görülən işlərin ölkəmizdə demokratik cəmiyyətin qurulmasındakı mühüm arqumentləri, ümumilikdə Ulu Öndər Heydər Əliyevin gender siyasəti və bu siyasətin uğurlu nəticələrindən danışılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək, yüksək səviyyədə davam etdirilən gender bərabərliyi məsələsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olması vurğulanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün səmərəli fəaliyyəti qeyd edilib. Təsadüfi deyil ki, Azərbaycan qadınları  xalqımızı həm ölkədə, həm də beynəlxalq aləmdə ləyaqətlə  təmsil edirlər.

Həmçinin, tədbirdə Azərbaycan Respublikasında gender bərabərliyi anlayışı, qanuni və instutisional mexanizmlər haqqında danışılıb.

 Nəriman  CAVADOV,

“Respublika”.