Dövlət Xidməti Göygöldə gənclərlə görüş keçirib
CƏMİYYƏT

Dövlət Xidməti Göygöldə gənclərlə görüş keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən gənclər üçün zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirilib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Dövlət Xidmətinin, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və bir sıra dövlət qurumlarının məsul şəxsləri iştirak edib.

Mərasimdə çıxış edən SHXÇDX-nin rəhbər şəxsləri gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıblar. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının zəruriliyi vurğulanıb. Sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarına müəyyənedici təsir göstərən sağlamlıq meyarlarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğu bildirilib.

M.MİRZƏ,

"Respublika".