Üzgüçülərimiz daha iki medal qazanıblar
İdman

Üzgüçülərimiz daha iki medal qazanıblar

“Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında iştirak edən idmançılarımız növbəti uğura imza atıblar.

"Respublika" xəbər verir ki, üzgüçülərimiz 1 gümüş və 1 bürünc medal qazanıb. Süleyman İsmayılzadə 200 metr məsafədə sərbəst üsulla gümüş, Oqtay Hüseynov 400 metr məsafədə qarışıq üsulla bürünc medal qazanıb.

İyunun 30-da isə hər iki üzgüçümüz 400 metr məsafədə sərbəst üsulla çıxış edəcək.