Sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək
Ekologiya

Sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək

Azərbaycanda iyunun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Respublika"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 28-33° isti olacağı ehtimal edilir.

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 31-36° isti, dağlarda gecə 8-13°, gündüz 19-24° isti olacağı bildirilir.