Küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək
Ekologiya

Küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin öncədən verdiyi narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Daşkəsəndə 28 m/s-dir.

Bu barədə "Respublika"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Zaqatala, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 18 m/s təşkil edir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək.