Zəlzələ baş verən ərazilərdə dağıntılara və binalara ziyan dəyməsi ilə bağlı hallara rast gəlinməyib
Gündəm

Zəlzələ baş verən ərazilərdə dağıntılara və binalara ziyan dəyməsi ilə bağlı hallara rast gəlinməyib

Fövqəladə Hallar Nazirliyinin bütün qurumları adi iş rejimində fəaliyyətini davam etdirir. Nazirliyin 112 xidmətinə, yerlərdə olan idarələrinə zəlzələnin qeydə alındığı ərazilərdə olan dağıntılarla bağlı heç bir məlumat daxil olmayıb.

"Respublika" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov dekabrın 7-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

"Regional mərkəzlərin əməkdaşları zəlzələ baş verən ərazilərə baxış keçiriblər. Heç bir dağıntılara, binalara ziyan dəyməsi ilə bağlı hallara və xəsarətlərə rast gəlinməyib", - deyə E.Əsədov qeyd edib.