Azərbaycan neftinin qiyməti 91 dollara yaxınlaşıb
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 91 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,8 faiz artaraq 90,78 ABŞ dolları təşkil edib.

"Respublika" xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 86,69 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.