Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli 176 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir.

Dairə seçki komissiyaları tərəfindən səsvermənin keçirilməsi və səslərin hesablanması məqsədi ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) müddəalarında əks olunan tələblər ödənilməklə, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla qanunamüvafiq tədbirlər görülür.

Bununla əlaqədar, 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 11 saylı Binəqədi-Qaradağ, 22 saylı Nəsimi-Yasamal, 30 saylı Suraxanı birinci, 31 saylı Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai-Suraxanı, 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 70 saylı Neftçala, 71 saylı Cəlilabad şəhər, 86 saylı Ağcabədi, 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 103 saylı Şəmkir kənd, 113 saylı Qax-Şəki, 117 saylı Oğuz-Qəbələ-Şəki, 120 saylı Cəbrayıl-Qubadlı, 123 saylı Kəlbəcər və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairələri dairə seçki komissiyalarına yerli və digər şərait nəzərə alınmaqla seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi əsas götürülərək seçki məntəqələri ilə bağlı müvafiq tədbirlərin görülməsi həvalə edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü və 35-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 11 saylı Binəqədi-Qaradağ, 22 saylı Nəsimi-Yasamal, 30 saylı Suraxanı birinci, 31 saylı Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai-Suraxanı, 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 70 saylı Neftçala, 71 saylı Cəlilabad şəhər, 86 saylı Ağcabədi, 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 103 saylı Şəmkir kənd, 113 saylı Qax-Şəki, 117 saylı Oğuz-Qəbələ-Şəki, 120 saylı Cəbrayıl-Qubadlı, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairələri dairə seçki komissiyalarına yerli və digər şərait nəzərə alınmaqla seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi əsas götürülərək seçki məntəqələri ilə bağlı müvafiq tədbirlərin görülməsi həvalə edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov