Yunanıstanda 18 yanmış miqrant cəsədi tapılıb.
Gündəm

Yunanıstanda 18 yanmış miqrant cəsədi tapılıb.

Yunanıstanda meşə yanğınları davam edərkən 18 yanmış “miqrant” cəsədi tapılıb.

“Respublika” xəbər verir ki, bu barədə Yunanıstanın yanğınsöndürmə idarəsinin sözçüsü İoannis Artopios bildirib.

Yunanıstanda polis Avantas bölgəsindəki daxmanın yaxınlığında tapılan 18 cəsədin şəxsiyyətini müəyyənləşdirmək üçün ölkənin Fəlakət Qurbanlarının Müəyyənləşdirilməsi Qrupunu işə salıb.

Qeyd edək ki, yanmış cəsədlər Aleksandrupolisdə tapılıb.

Nurlan ABDALOV,

"Respublika".