Bakı Forumunun iştirakçıları Ağdam Cümə məscidini ziyarət edib, namaz qılıblar
Gündəm

Bakı Forumunun iştirakçıları Ağdam Cümə məscidini ziyarət edib, namaz qılıblar

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə məscidini və Ağdam Dram Teatrının dağıdılmış binasını ziyarət ediblər.

"Respublika" xəbər verir ki, tədbirin müsəlman ölkələrindən qatılan bəzi nümayəndələri Cümə məscidində namaz qılıblar.

İşğal dövründə, yəni 2000-ci il mayın 9-da Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə təqdim edilmiş və hazırda məsciddə eksponat kimi nümayiş edilən Ağdam Cümə məscidinə aid daş parçası əcnəbi qonaqların marağına səbəb olub.