1/8 final oyunlarına yekun vuruldu
İdman

1/8 final oyunlarına yekun vuruldu

Türkiyə və Niderland 1/4 finala vəsiqə qazandı

Avstriya - Türkiyə komandaları çempionatın dünən keçirilən 1/8 finalında oyuna bu heyətlərlə başlayıblar.

Avstriya: Pentz, Poş, Danso, Leyhart, Mvene, Seivald, Laymer, Şmid, Baumqartner, Sabitzer, Arnautoviç

Ehtiyat oyunçular: Danilus, Entrup, Qreqorits, Qrillists, Qrull, Hedi, Kaynz, Lindner, Prass, Querfeld, Seydi, Veymann, Vober

Türkiyə: Mert Günok, Merih Demiral, Arda Güler, İsmail Yüksek, Mert Müldür, Kenan Yıldız, Ferdi Kadıoğlu, Abdülkerim Bardakcı, Orkun Kökçü, Kaan Ayhan, Barış Alper Yılmaz

Ehtiyat oyunçular: Altay Bayındır, Uğurcan Çakır, Zeki Çelik, Okay Yokuşlu, Kerem Aktürkoğlu, Cenk Tosun, Ahmetcan Kaplan, İrfan Can Kahveci, Semih Kılıçsoy, Yunus Akgün, Bertuğ Yıldırım, Salih Özcan, Yusuf Yazıcı

Tarixdə ən qısa penaltilər seriyası

Portuqaliya - Sloveniya matçı dünyada rekord oldu

Portuqaliya millisi 1/8 final matçında Sloveniyanı məğlub edib. Belə ki,

əsas və əlavə vaxtı 0:0 bitib və portuqaliyalılar penaltilər seriyasında (3:0) qələbə qazanıb. Penaltilər seriyası isə cəmi altı zərbə ilə başa çatıb. Beləliklə, Portuqaliya - Sloveniya matçında penaltilər seriyası AÇ və DÇ tarixlərinin ən qısası olub.

Portuqaliya 1/4 finalda Fransa yığması ilə qarşılaşacaq.

Sonda uduzan tərəf olduq

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Almaniyada təşkil edilən çempionatın 1/8 finalında Fransa komandasına məğlubiyyəti (0:1) şərh edib.

Qeyd edib ki, final fitinə 5 dəqiqə qalmış avtoqol nəticəsində buraxılan qoldan sonra nəsə demək çətindir. Qarşıdakı günlərdə AÇ-2024-də keçirdiyimiz bütün görüşləri təhlil edəcəyik. Bu gün qapıçımız Kun Kastels möhtəşəm oynadı və məğlubiyyətin günahkarı o deyil. Fransa millisini çətin vəziyyətə salsaq da sonda uduzan tərəf olduq.

Diequ Koşta oyunun ən yaxşısı seçildi

Avropa çempionatında Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final oyununun (0:0) ən yaxşı futbolçusu müəyyənləşib. Portuqaliya millisinin qapıçısı Diequ Koşta görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

O, oyunsonrası penaltilər seriyasında 3 dəfə rəqib futbolçuların fərqlənməsinə mane olaraq komandasını 1/4 finala yüksəldib.

Mənim son Avropa çempionatım olacaq

Çempionatın 1/8 finalında Sloveniyanı penaltilər seriyasında 3:0 hesabla məğlub edən Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo oyundan sobra KİV nümayəndələrinə deyib ki, bu mənim son Avropa çempionatım olsa da məni narahat etmir. Çünki məni hərəkətə gətirən həvəsdir. Azarkeşlərimizi sevirəm. Darıxsam da, olmasam da, bu forma üçün hər zaman hər şeyimi verəcəm. Və mən bunu ömrüm boyu edəcəm. Biz məsuliyyəti öz üzərimizə götürməliyik.

Rumıniya - Niderland oyununun ən yaxşı futbolçusu

Rumıniya və Niderland yığmaları arasında 1/8 finalda keçirilən matçın ən yaxşı futbolçusu adına Niderland millisinin hücumçusu Kodi Qakpo layiq görülüb.

Qeyd edək ki, o, 3:0 hesabı ilə qalib gəldikləri oyunda 1 qol vurub və 1 qolun ötürməsini edib.

Merih Demiral ən yaxşı futbolçu oldu

Avstriya və Türkiyə yığmaları arasında 1/8 final oyununun (1:2) ən yaxşı futbolçusu adına "ay-ulduzlular"ın müdafiəçisi Merih Demiral layiq görülüb.

26 yaşlı futbolçu görüş ərzində 2 qol vuraraq komandasına qələbə qazandırıb.

1/8 final

29 iyun

İsveçrə - İtaliya 2:0

Almaniya - Danimarka 2:0

30 iyun

İngiltərə - Slovakiya 2:1

İspaniya - Gürcüstan 4:1

1 iyul

Fransa - Belçika 1:0

Portuqaliya - Sloveniya 3:0

2 iyul

Rumıniya - Niderland 0:3

Avstriya - Türkiyə 1:2

Avstriya - Türkiyə - 1:2

Qollar: Mixail Qriqoriç, 67 - Merih Demiral, 1, 60

Baş hakim: Artur Diaş (Portuqaliya)

"Red Bull Arena"

Rumıniya - Niderland - 0:3

Qollar: Kodi Qakpo, 83, Donyell Malen, 83, 90+3

Baş hakim: Feliks Zvayer (Almaniya)

"Allianz Arena"

1/4 final

Türkiyə - Niderland

Fransa - Portuqaliya

İspaniya - Almaniya

İngiltərə - İsveçrə

M.NƏRİMANOĞLU,

"Respublika".