Kainatın ən yaşlı ulduzları tapılıb
Elm

Kainatın ən yaşlı ulduzları tapılıb

Kainatın ən qədim ulduzları Süd Yolu Qalaktikasında tapılıb
"Respublika" "NTV"-yə istinadən xəbər verir ki, alimlər Süd Yolu Qalaktikasında kainat qədər köhnə olan üç ulduz aşkar ediblər. Yerə yaxınlığı ilə diqqət çəkən bu ulduzların yaşlarının 12-13 milyard il olduğu təxmin edilir. Bu ulduzlar arasındakı ən mühüm fərq onların metal səviyyələri və əks istiqamətdə hərəkət etmələridir.

Tədqiqatçılar Süd Yolunda oxşar xüsusiyyətlərə malik ulduzları axtarmağa davam edəcəklər.

Arzu BAXŞIYEVA,

"Respublika".