Tibb üzrə 2023-cü il Nobel Mükafatının qalibi məlum olub
Elm

Tibb üzrə 2023-cü il Nobel Mükafatının qalibi məlum olub

Koronavirus peyvəndlərinin hazırlanmasında əməyi olan macar Katalin Kariko və amerikalı Dru Veysman 2023-cü il tibb üzrə Nobel mükafatını qazanıblar.
"Respublika" "TRT Haber"ə istinadən xəbər verir ki, mükafat verən təşkilat açıqlamasında Macarıstan və ABŞ alimləri Katalin Kariko və Dru Vaysmanın mRNA COVID-19 peyvəndinin yaradılmasına dəstək olan kəşflərinə görə 2023-cü il Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazandıqlarını bildirib.

Elm dünyasının ən prestijli mükafatlarından olan mükafat, İsveçin Karolinska Tibb Universitetinin Nobel Assambleyası tərəfindən seçilir və qazananlara 11 milyon İsveç kronu (təxminən 1 milyon dollar) ilə mükafatlandırılır.

Nurcan SÜLEYMANOVA

"Respublika"