Elm

"ChatGPT" istifadəçiləri problemlə üzləşiblər

Milyonlarla istifadəçi süni intellekt robotu ChatGPT-yə daxil olmaqda problemlə üzləşib.

"Respublika" "NTV"-yə istinadla xəbər verir ki,  bəzi istifadəçilər hazırda "ChatGPT"-yə daxil ola bilmədiyini iddia edirlər.

Süni intellektin yaradıcısı "OpenAI" şirkəti isə bu hadisəni böyük bir kəsinti kimi qeydə alıb. Bildirilib ki, şirkət xətanı aşkarlayıb və hazırda düzəlişlər icra olunur. 

Xatırladaq ki,  "ChatGPT"-nin həftəlik 100 milyondan çox istifadəçisi var.

Son 30 gün ərzində ChatGPT istifadəçiləri proqramdan istifadə edərkən fasilələrlə üzləşib.  

Nəzrin ELDARQIZI,

"Respublika".