Dünyaca məşhur şirkətlər birləşir
Elm

Dünyaca məşhur şirkətlər birləşir

Microsoft Böyük Britaniyada Blizzard-ı almaq üçün Rəqabət və Bazarlar Təşkilatına (CMA) yaşıl işıq yandıraraq, müqavilə müddətinin uzadıldığını elan edib. 

"Respublika" NTV-yə istinadən xəbər verir ki, Microsoft və Activision Blizzard İngiltərədəki danışıqlar yekunlaşana qədər müqaviləni uzatmağa razılaşdıqlarını açıqlayıb. 

Razılaşmanın son tarixi iyulun 18-i elan edilib. Əgər Microsoft qeyd olunan tarixdə sövdələşməni etməsəydi, Activision Blizzard-a 3 milyard dollar ödəməli olacaqdı.

Microsoft, Blizzard ilə Böyük Britaniya Rəqabət və Bazarlar Təşkilatından təsdiq almaq üçün son tarixi uzatmaq məsələsində razılığa gəlib və tarix oktyabrın 18-nə təyin edilib. Digər tərəfdən, Microsoft və Activision Blizzard daha yüksək xitam haqqı və sövdələşmə üçün yeni kommersiya tənzimləmələri barədə də razılığa gəliblər. Əgər Microsoft və ya Activision sövdələşmədən avqustun 29-dək geri çəkilərsə, 3,5 milyard dollar xitam haqqının olacağı da açıqlanıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".