Azərbaycan ilk dəfə birbaşa olaraq Çindən avtomobillərlə yük gətirib
İqtisadiyyat

Azərbaycan ilk dəfə birbaşa olaraq Çindən avtomobillərlə yük gətirib

İlk dəfə birbaşa Çindən Azərbaycana yük avtomobilləri yük gətirilib.

"Respublika" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) əsasən xəbər verir ki, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya –  Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.

Qeyd edək ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı yüklərin daşınması, əsasən, qonşu ölkələrin ərazilərindən bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə həyata keçirilirdi. İlk dəfədir ki, Azərbaycan daşıyıcıları birbaşa Çindən yükləri götürərək daşıma həyata keçiriblər.

2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib. Bununla da Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları coğrafiyası daha da genişlənərək yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.