İki ölkənin hərbi sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub
Ordu

İki ölkənin hərbi sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini Çaba Hende ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanıb, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib.

Tərəflər, həmçinin ölkələrimiz arasındakı əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.