“24 kg” Qırğızıstan və Azərbaycan ticarət dövriyyəsini 500 milyon dollara çatdırmaq niyyətindədir
İqtisadiyyat

“24 kg” Qırğızıstan və Azərbaycan ticarət dövriyyəsini 500 milyon dollara çatdırmaq niyyətindədir

Qırğızıstan və Azərbaycan 2030-cu ilə qədər ticarət dövriyyəsini 500 milyon dollara çatdırmaq niyyətindədir.

Bu barədə “24 kg” xəbər saytı məlumat yayıb. İqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyev Qırğızıstan və Azərbaycan Dövlətlərarası Şurasının ikinci iclasındakı bəyanatında qeyd edib ki: "Biz 2030-cu ilədək ölkələrimiz arasında ticarət dövriyyəsinin 500 milyon dollara yaxın səviyyəsini təmin etməyi hədəfləyirik. Biz Azərbaycan bazarını yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları (kartof, lobya, qoz-fındıq), makaron, şüşə məmulatları, elektrik lampaları və digər məhsullarla təmin etməyə hazırıq”.

Onun sözlərinə görə, sürətlə inkişaf edən ikitərəfli münasibətlər Qırğızıstan ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin qurulması və genişləndirilməsi üçün ən yaxşı imkanlar yaradıb.

Röya RÜSTƏMLİ,

“Respublika”.