“Azərkosmos”: “Emosional Zəka” modulunun iştirakçılarına sertifikatlar təqdim edilib
İqtisadiyyat

“Azərkosmos”: “Emosional Zəka” modulunun iştirakçılarına sertifikatlar təqdim edilib

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) və Milli Aviasiya Akademiyası (MAA) arasında əməkdaşlığı ilə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən Kosmik Akademiya tərəfindən MAA-nın professor-müəllim heyəti və tələbələri üçün “Müasir Korporativ Kommunikasiya” proqramının “Emosional Zəka” modulu yekunlaşıb.

Bu barədə “Respublika”ya “Azərkosmos”dan bildirilib.

Məlumata əsasən, “Azərkosmos” və MAA-nın əməkdaşlarının iştirakı ilə keçirilmiş bağlanış mərasimində modul iştirakçılarına (professor-müəllim heyəti, gənc alim və tələbələrə) sertifikatlar təqdim edilib.

Qeyd edək ki, həmin proqramın 2025-2026-cı tədris illərində davam etdirilməsi nəzərdə tutulub.