Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir
İdman

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Həndbol üzrə XXX Azərbaycan kubokunun oyunlarına start verilir.

Azərbaycan Həndbol Federasiyasından “Respublika”ya bildirilib ki, yarışlarda 7 kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “İdman Akademiyası”, “Kür”, “Təhsil”, “Qarabağ”) və 6 qadın (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Gənclər Birliyi”, “Kür”, “Qarabağ”) komandası fəxri mükafat uğrunda mübarizə aparacaq.

Görüşlər mayın 23-dən 30-dək davam edəcək.