Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib
İdman

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib

Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Quba mərhələsində iştirak edəcək komandaların adları dəqiqləşib.

Azərbaycan Basketbol Federasiyasından “Respublika”ya verilən məlumata görə, yarışda Niderland, Avstraliya, Çin (U-24), Filippin, İran milliləri ilə yanaşı, “Düsseldorf Zoos” (Almaniya), “Çexiya” və “Baku Fleyms” (Azərbaycan) klubları mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Qadın Seriyasının Quba mərhələsi iyulun 20-21-də baş tutacaq.