Qanvermə aksiyasına birgə dəstək
Sosial həyat

Qanvermə aksiyasına birgə dəstək

İyunun 28-də YAP Yasamal rayon təşkilatının inzibati binasında qanvermə aksiyası keçirilib. Aksiya YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Aksiyada YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yasamal rayonunda fəaliyyət göstərən idarə, müəssisələrdə çalışan 200-dən çox əməkdaş iştirak edib.

“Respublika”.