Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb
İdman

Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.

"Respublika" xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Tikveş" və İslandiyanın "Breydablik" komandaları arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.

A.Xudiyev “Todor Proeski Milli Arena”sında oynanılacaq matçda Lüksemburqdan olan hakimlər briqadasının işinə qiymət verəcək.