“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb
İdman

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan “Respublika”ya verilən məlumata görə, bölgə təmsilçisi Tural Bayramlını transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yunanıstan və Latviyada legioner həyatı yaşamış Tural Bayramlı karyerası ərzində "Sumqayıt", "Keşlə", "Zirə", "Səbail" və "Araz-Naxçıvan" klublarının formasını geyinib.