Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb
İdman

Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb

Kişi voleybolçulardan ibarət “Murov Az Terminal” komandasının baş məşqçisi Fərid Cəlalov postundan ayrılıb.

"Respublika" xəbər verir ki, 37 yaşlı mütəxəssis müqaviləsi başa çatdığı üçün klub rəhbərliyi ilə qarşılıqlı anlaşaraq Bakı təmsilçisini tərk etdiyini söyləyib.

“Murov Az Terminal” son mövsümdə Fərid Cəlalovun rəhbərliyi altında gümüş medalları qazanıb.