Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır
İdman

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçiriləcək.

"Respublika" xəbər verir ki, görüşlər F qrupunda baş tutacaq. Əvvəlcə meydana Türkiyə və Gürcüstan komandaları çıxacaqlar. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Günün ikinci qarşılaşmasında isə Portuqaliya ilə Çexiya yığmaları üz-üzə gələcək. Matç 23:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.