29 mart

Azərbaycanda olan hadisələr

1939 – Azərbaycan dramaturqu, nasir, maarif xadimi, Əmək Qəhrəmanı (1932) Süleyman Sani Axundov 63 yaşında vəfat edib (d. 1875).

1994 – Azərbaycan Respublikası Milli Məclisi 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verib.


Dünyada olan hadisələr

845 – Vikinqlər Parisə hücum edərək şəhəri yağmalayıblar.

1430 – II Muradın qoşunları mühasirənin 8-ci ilində Yunanıstanın Saloniki şəhərini fəth edib.

1461 – Qırmızı və Ağ Güllər Müharibəsinin ən qanlı döyüşü (Tauton döyüşü) baş verib. Bu döyüşdə ümumilikdə 30 minə yaxın döyüşkü həlak olub.

1778 – İngilis kapitanı Ceyms Kuk Vankuver adasına enən ilk avropalı olub.

1795 – Alman bəstəkarı Lüdviq van Bethoven Vyanada ilk konsertini verib.

1798 – Helvetik Respublikasının (İsveçrə) yaradılması fransızlar tərəfindən elan edilib.

1847 – Amerika qoşunları 20 günlük mühasirədən sonra Verakruz şəhərini işğal ediblər.

1848 – Niaqara çayında buz tıxaclarının əmələ gəlməsi səbəbindən Niaqara şəlaləsi 30 saatdan çox dayanıb.

1848 – Almaniyada inqilabi hadisələr zamanı Berlində liberal hökumət qurulub.

1867 – İngiltərədə Kanadanı yaradan Şimali Amerika Aktı qəbul edilib.

1873 – Yazıçı Lev Tolstoy "Anna Karenina" romanı üzərində işləməyə başlayıb.

1886 – Johann Zuckertort ilə görüşdə qalib gələn Vilhelm Steinitz şahmat üzrə ilk rəsmi dünya çempionu olub.

1903 – Markoninin radio sistemi vasitəsilə London və Nyu-York arasında müntəzəm xəbər axını başlayıb.

1917 – Kiyevdə "İnqilab günü"nün qeyd edilməsi zamanı Pyotr Stolıpinin abidəsi sökülüb.

1938 – Türkiyədə Hərbi Akademiya Məhkəməsi Nazım Hikməti 28 il həbsə məhkum edib.

1940 – İngiltərə Bankı saxtakarlığa qarşı yüksək dərəcədə qorunan ilk kağız pulları buraxıb (kağızda nazik metal sap tətbiq edilib).

1945 – 57-ci Ordunun və Birinci Bolqar Ordusunun qoşunları Macarıstanda alman qoşunlarına qarşı Nağıkanizsa-Kermend əməliyyatına başlayıb.

1947 – Madaqaskarda tarixinin ən böyük üsyanlarından biri baş verib.

1950 – Nazım Hikmət Bursa Həbsxanasında aclıq aksiyasına başlayıb.

1957 – Kiprdə gərginliyin artması ilə adada komendant saatı elan edilib.

1966 – Leonid Brejnev Sovet İttifaqı Kommunist Partiyasının birinci katibi təyin edilib. Brejnev ABŞ-ın Vyetnama dair siyasətini pisləyib.

1968 – Türkiyədə ilk böyrək transplantasiyası İstanbulda Həkim Atıf Taykurt və komandası tərəfindən həyata keçirilib.

1973 – Vyetnam Müharibəsi: sonuncu ABŞ əsgərləri Cənubi Vyetnamı tərk edib.

1974 – Amerikanın "Mariner 10" kosmik gəmisi Merkuri planetinin şəkillərini çəkib.

1974 – Çində, Sian şəhərinin yaxınlığında yerli sakinlər təsadüfən 2 min ildən çox yaşı olan, basdırılmış "Terrakotta Ordusu"nu aşkar ediblər.

1979 – Uqandada İdi Amin rejimi hərbi çevrilişlə devrilib. İdi Amin ölkədən qaçıb.

1982 – Kanada Aktı ilə Kanada müstəqilliyini əldə edib.

1984 – Los-Ancelesdəki türk konsulluğuna ASALA-nın imzası ilə məktub göndərilib. Məktubda türk idmançıların Olimpiadada iştrak edəcəyi təqdirdə öldürəcəkləri bildirilib.

1989 – Londonda dünyanın süni mayalanmadan doğulan ilk beşlizləri dünyaya gəlib.

2004 – Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya NATO-ya üzv olub.

2010 – Moskva metrosunda terror aktı törədilib.


Bayramlar və xüsusi günlər

  • Madaqaskarda Qəhrəmanların Anım Günü. 1947-ci ildə malaqas xalqının fransız müstəmləkəçilərinə qarşı silahlı üsyanının xatirəsinə abidə ucaldılıb. Üsyan 1948-ci ildə yatırılıb.
  • Çində Gənclər Günü.

Doğumlar

1561 – Santorio Santorio (və ya Santorius), italyan həkimi, anatomisti, fizioloqu, ilk dəfə termometr və nəbz ölçən cihazdan istifadə edib (ö. 1636).

1735 – İohann Karl Avqust Museus, alman yazıçısı, ədəbiyyatşünası, filoloqu və pedaqoqu, "Almanların xalq nağılları" toplusunun müəllifi (ö. 1787).

1790 – Con Tayler, ABŞ-ın 10-cu prezidenti (1841-1845) (ö. 1862).

1879 – Alan Henderson Qardiner, “Leyden papirusu”nu kəşf edən ingilis misirşünası (ö. 1963).

1899 – Lavrenti Beriya, sovet dövlət və partiya lideri, dövlət təhlükəsizlik orqanlarının rəhbəri (1953-cü ildə güllələnib).

1918 – Aleksandr Dovzhenko, ukraynalı psixoterapevt, narkoloq, kodlaşdırmadan istifadə edərək alkoqol asılılığının müalicəsi metodunun müəllifi (ö. 1995).

1929 – Lennart Meri, eston yazıçısı, rejissoru və siyasətçisi, Estoniya prezidenti (1992-2001) (ö. 2006).

1933 – Eugenio Jorge, Kuba voleybol məşqçisi, dünya voleybol tarixinin ən yaxşılarından biri (ö. 2014).

1949 – Kayahan, türk bəstəkarı və müğənnisi (ö. 2015).

1952 – Teofilo Stivenson, kubalı boksçu, üçqat dünya və olimpiya çempionu (ö. 2012).