Norveçdə morja yaxınlaşan turist 900 avro cərimələnib
Dünya xəbərləri

Norveçdə morja yaxınlaşan turist 900 avro cərimələnib

Norveçin vəhşi təbiətin qorunduğu Svalbard arxipelaqında turist morja çox yaxınlaşdığı üçün 900 avro cərimələnib.

"Respublika" "TRT Haber"ə istinadla xəbər verir ki, polşalı turist morjlara yaxınlaşmaq üçün buz parçasının üzərinə çıxıb.

Foto çəkdirmək istədiyi bildirilən turist isə 900 avro cərimələnib.