Çinin Quançjou şəhərində tornado olub
Dünya xəbərləri

Çinin Quançjou şəhərində tornado olub

Çinin cənubundakı Quançjou şəhərində baş verən tornado nəticəsində 5 nəfər ölüb, 33 nəfər yaralanıb.

"Respublika" Sinxua agentliyinə istinadla xəbər verir ki, günorta saatlarında Quançjounun Baiyun rayonunda tornado baş verib.

Baiyunda 141 fabrik zərər görərkən, bölgəyə çoxlu yanğınsöndürən və axtarış-xilasetmə qrupları göndərilib.

Çin Meteorologiya İdarəsi, şiddətli fırtınanın təsirini davam etdirəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.