FÜZULİ DÜHASI
Region

FÜZULİ DÜHASI

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası ilə əlaqədar olaraq Gəncə şəhərində tədbir dahi şairin adını daşıyan 22 nömrəli tam orta məktəbdə keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Gəncə Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri tərəfindən hazırlanan rəsm sərgisinə baxış keçiriblər. Sonra tədbirdə dahi şairin həyat və yaradıcılığından bəhs olunub. Bildirilib ki, Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, ədəbi dilin yaradıcılarından biri kimi həkk olunub. Füzulinin irihəcmli əsərləri ilə yanaşı, qəzəlləri də söz sənətimizin ölməz abidələridir. Ədəbi-bədii gecədə 22 nömrəli tam orta məktəbin istedadlı şagirdləri dahi şairin sözlərinə yazılmış "Vətənimdir", "Füzuli kantatası" əsərlərini ifa ediblər. M.Füzulinin nakam məhəbbət dastanı olan "Leyli və Məcnun" poemasından "Ananın Leyliyə nəsihəti" səhnəsi, həmçinin müxtəlif rəqslər tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

Zabit XƏLİLOV,

"Respublika".