Paytaxt yollarında avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir - SİYAHI
Gündəm

Paytaxt yollarında avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir - SİYAHI

Bu gün səhər saatlarında paytaxtın küçə və prospektlərində olan sıxlıqla əlaqədar marşrut xətlərində gecikmələr yaranıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Respublika"ya bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 24-25 dəqiqə gecikmə müşahidə olunur.

2. 3-cü mikrorayon dairəsi istiqamətində - Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə var.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində və əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-19 dəqiqə gecikmə müşahidə olunur.

4. Akademik Həsən Əliyev küçəsi – hər iki istiqamətdə (Tbilisi prospekti və Koroğlu Rəhimov küç.) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə var.

5. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq qeydə alınıb. Həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.

6. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə qeydə alınır.

7. Babək prospekti – şəhər istiqamətində 30 və 49 müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə müşahidə olunur.

8. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə var.

9. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə var.

10. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqə gecikmə müşahidə olunur.

11. Heydər Əliyev prospekti - şəhər istiqamətində (Bağırov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq yaranıb. Ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə var.

12. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq qeydə alınıb. Ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə müşahidə olunur.

13. Qara Qarayev prospekti - hər iki istiqamətdə 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə var.

14. Xocalı prospekti - Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 marşrut xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə müşahidə olunur.

15. Badamdar şosesi, Mikayıl Müşfiq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə qeydə alınır.

16. 8 Noyabr prospekti – Zığ şosesi istiqamətində sıxlıq yaranıb. Ərazidən keçən 21, 32, 46, 175 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

17. Yavər Əliyev küçəsi - Aeroport şosesi istiqamətində sıxlıq səbəbindən 24, 35, 40, 49, 76, 78, 113, 208 və 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-16 dəqiqə gecikmə var.