Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb
İdman

Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının oyunlarına hakim təyinatları açıqlanıb.

“Respublika” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilkin mərhələnin B qrupunda Gürcüstan təmsilçisi “Football School Bridge”yə qarşı matçı monteneqrolu Miloş Boşkoviç idarə edəcək.

İsveçin “Qothenburq” kollektivi ilə keçiriləcək görüşdə isə ədaləti moldovalı Dumitri Muntean qoruyacaq.

28 iyun

19:00. “Football School Bridge” – “Şimal”

Baş hakim: Miloş Boşkoviç (Monteneqro)

Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva)

Dördüncü hakim: Robertas Valikonis (Litva)

1 iyul

19:00. “Şimal” – “Qothenburq”

Baş hakim: Dumitri Muntean (Moldova)

Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro)

Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro)

Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda keçiriləcək.