İspaniya La Liqası: “Barselona” xal itirib, “Atletiko Madrik” çətinliklə qalib gəlib
İdman

İspaniya La Liqası: “Barselona” xal itirib, “Atletiko Madrik” çətinliklə qalib gəlib

Noyabrın 25-də futbol üzrə İspaniya La Liqasında 13-cü turun növbəti oyunları keçirilib. 

“Respublika” xəbər verir ki, “Barselona” səfərdə “Rayo Vallekano”nun müqavimətini qıra bilməyib – 1:1. 

Turnir cədvəlinin ön sıralarında yer alan “Atletiko Madrid” öz meydanında “Malyorka” minimal hesabla yenərək turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 

“Valensiya” isə öz meydanında “Selta Viqo” ilə bacarmayıb – 0:0. 

Günün digər qarşılaşmaları isə aşağıdakı kimi nəticələnib: 

“Alaves” – “Qranada” – 3:1 

“Xetafe” – “Almeriya” – 2:1.