“Real Madrid”dən ayrılan Naço Fernandes Səudiyyə Ərəbistanı klubuna keçib
İdman

“Real Madrid”dən ayrılan Naço Fernandes Səudiyyə Ərəbistanı klubuna keçib

İki gün öncə İspaniya "Real Madrid"i ilə yollarını ayıran Naço Fernandes Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Kadisiya” ilə müqavilə bağlayıb.

"Respublika" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ərəb klubuna azad agent kimi keçən oyunçu ilə imzalanmış sözləşmənin detalları açıqlanmayıb.

34 yaşlı futbolçu yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Karyerası ərzində yalnız “Real Madrid”də çıxış etmiş müdafiəçi “kral klubu”nun tarixində ən çox titul (26) qazanan futbolçudur. İspaniya millisinin üzvü həm də UEFA Çempionlar Liqasının altıqat qalibi olmuş 5 oyunçudan biridir.