İdman

"Sabah" heyətini xorvatiyalı futbolçu ilə gücləndirib

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

"Respublika" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə "3+1" illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu ölkəsinin "Slaven Belupo" klubundan transfer edilib.

İvan "Sabah"da 13 nömrəli formada çıxış edəcək.