Bakı-Supsa və ya Qərb İxrac Boru Kəməri (QİBK) istismara veriləndən bu ilin 1 aprel tarixinədək kəmər vasitəsi ilə 100 mln. ton neft nəql olunub.
"Respublika" xəbər verir ki, bu barədə SOCAR feysbuk sosial şəbəkəsində paylaşım edib.
“25 il öncə bu gün ulu öndər Heydər Əliyevin iştirakı ilə Bakı-Supsa neft ixrac boru kəməri istifadəyə verilib”, - paylaşımda bildirilir.