Aqroparklar şəbəkəsi genişlənir
İqtisadiyyat

Aqroparklar şəbəkəsi genişlənir

Qeyri-neft sektoru, yenilikçi texnologiyaların və alternativ enerji mənbələrinin inkişafı ilə bu gün daha da genişlənir. Bu sahələrdəki inkişafa alternativ enerji mənbələri, texnoloji inkişaf, enerji informasiya texnologiyaları (EİT), enerji saxlama, enerji effektivliyi və mənimsənilməsi kimi amillər də təsirsiz qalmır.

Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın şaxələndirilməsini tələb edir. Bu baxımdan, dövlətin qarşısında duran mühüm məsələlərdən biri şaxələndirmə prosesinin sürətləndirilməsidir. Neft qiymətlərinin dünya birjalarında stabil qalmadığı bir dövrdə ölkədə yoxsulluğun və işsizlik faizinin aşağı düşməsi qeyri-neft sektoruna qoyulmuş yatırımların nəticəsidir. Günəş, külək, hidroelektrik enerji kimi sahələrin inkişafı zəhərli yanacaqların istifadəsini azaldır və enerjinin daha da çeşidlənməsini təmin edir. Eyni zamanda istehsal, nəqliyyat, mühərrik texnologiyaları, avtomatlaşdırma və inteqrasiya prosesləri də daxil olmaqla, bir çox texnologiya mövcuddur. Bu da öz növbəsində effektiv enerji istifadəsi üçün yeni imkanlar yaradır. İnternetə bağlı sensorlar, bulud hesablama, analitika və digər informasiya texnologiyaları enerji istehsalının və nəqliyyatın idarə edilməsini asanlaşdırır və effektivləşdirir. Bu inkişaf, qeyri-neft sektorunun daha müstəqil, çevik və müasir olmasına kömək edir və həm də dünyanın enerji istehsalı və istifadəsini gücləndirir.

Son 20 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş işlərin nəticəsi olaraq Azərbaycanda bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb. Bu məqsədlə həyata keçirilən tədbirlərin bir istiqamətini də aqroparkların yaradılması təşkil edir. Aqropark kənd təsərrüfatı məhsulunun istehsalı, emalı, qablaşdırılması və ondan son məhsulun alınması proseslərinin eyni məkanda qurulmasıdır. Onun ən üstün cəhətlərindən biri də budur ki, qurumun hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında çalışır. Belə olan halda müəssisənin rəqabətə davamlılıq qabiliyyəti də artır. Aqroparklar müxtəlif formalarda: ixtisaslaşmış və qarışıq aqroparklar formasında fəaliyyət göstərə bilər. İxtisaslaşmış aqropark dedikdə biz hər hansı bir növ kənd təsərrüfatı məhsulunun istehsalı, emalı və onların marketinqi ilə əlaqədar fəaliyyətlərin bir yerdə qruplaşmasını başa düşürük. Məsələn, tərəvəzçilik, bağçılıq, üzümçülük və s. üzrə aqroparklar ixtisaslaşdırılmış aqroparklar formasında fəaliyyət göstərə bilirlər. Qarışıq aqroparklar isə bir neçə növ kənd təsərrüfatı məhsulunun istehsalını və emalını əhatə edir.

Ölkəmizdə aqroparkların yaradılması ilə kənd təsərrüfatının inkişafı sürətlənib. Prezident İlham Əliyev tərəfindən aqrar islahatların müasir mərhələsi ilə bağlı qəbul olunan qərarlar kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf dövrünə keçməsini şərtləndirib. Bütün bu tədbirlərin nəticəsidir ki, yerli istehsal potensialı güclənib və ərzaq məhsullarının rəqabətqabiliyyətliliyi artıb.

İşğaldan azad olunan torpaqlarımızın iqtisadi dirçəlişi üçün ən mühüm layihələrdən biri də, heç şübhəsiz, aqroparkların salınmasıdır. Bu qəbildən ilk layihənin - "Dost Aqropark"ın təməli iki il öncə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda qoyulub. Hazırda regionda 3 aqropark fəaliyyət göstərir. Bütün bunlar, ilk növbədə, yerli və xarici şirkətlərin bölgədə sahibkarlıq fəaliyyətinə başlamasına, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin olunmasına şərait yaradır. Bu, regionda ilk heyvandarlıq aqroparkıdır. Yaxın gələcəkdə daha bir neçə belə müəssisənin yaradılması nəzərdə tutulur. İşğaldan azad edilən rayonlarda iri aqroparkların qurulması ilə yanaşı, intensiv fermer təsərrüfatları əsasən Kəlbəcər, Laçın və Qubadlıda yaradılacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".