Azərbaycanın dəmir yolu ilə yük daşımalarında artım müşahidə olunub
İqtisadiyyat

Azərbaycanın dəmir yolu ilə yük daşımalarında artım müşahidə olunub

Bu il yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 12,097 milyon tondan çox yük daşıyıb.

"Respublika" xəbər verir ki, bu barədə ADY məlumat yayımlayıb. 

Qeyd edək ki, göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.

Məlumata görə, təkcə avqust ayında təyinat nöqtəsinə 2 milyon tona yaxın yük çatdırılıb.

Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906 milyon 061 min 960 manatdır.