Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

"Respublika" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,91 dollar və ya 1 faiz azalaraq 89,70 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.